Filtr

 

Necə dəyişə bilərəm?

Filtrları və qoxuları özünüz asanlıqla dəyişə bilərsiniz. Bunun üçün, cihazın ön tərəfində yerləşən qapağı açın, köhnə filtr və qoxunu çıxardıb yenisi ilə dəyişdirin. Dəyişim edərkən cihazınızı mütləq söndürün.

 

Növləri hansılardır?

1 - Karbon filtr: Əsasən xoşagəlməz qoxuların olduğu məkanlar üçündür.

2 - Polen filtr: Yüksək dərəcədə toz və partikul olan məkanlar üçündür.

3 - Hibrid filtr: Eyni anda həm toz həm də qoxunu təmizləyər.

 

 

Nə qədər zaman aralığında dəyişmək lazımdır?

Həddən artıq çirkli və tozlu məkanlar xaricində filtrınızı 6 ayda bir dəyişə bilərsiniz. Çox tozlu və nəmli məkanlarda filtr dəyişim müddət daha qısadır.

 

Qoxu

 

Haradan almaq olar?

Sercair qoxuları özəl olaraq təbii ətir yağlarından hazırlanıb. Cihazınız qoxu bitmədən sizi xəbərdar edir. İstədiyiniz qoxunu bizimlə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

 

Necə dəyişdirə bilərəm?

Qoxuları özünüz asanlıqla dəyişə bilərsiniz. Bunun üçün, cihazın ön tərəfində yerləşən qapağı açın, köhnə qoxunu çıxardıb yenisi ilə dəyişdirin. Dəyişim edərkən cihazınızı mütləq söndürün.

 

Qurğusu necə çalışır?

Qoxu qurğusu çalışması seçdiyiniz rejimə görə dəyişir. Tətil rejimində çalışmaz, eco rejimdə isə aşağı səviyyədə çalışır. Əlavə olaraq, Sercair App üzərindən qoxu qurğusunu aktiv və ya passiv hala gətirə bilərsiniz.

 

Alarmlar

 

Alarmı nə deməkdir?

Cihaz zəhərli qaz sızması əsnasında sizi bu alarmla xəbərdar edir. Həddən artıq qazın sızması əsnasında pəncərəni açmağınız uyğun olar. Pəncərəni açmasanız belə cihaz ən yüksək rejimdə işləyər və evinizi zərərli maddədən təmizləyər.

 

 

Sercair karbonmonoksit alarmı verərsə nə etməliyəm?

Cihaz sizə karbonmonoksit alarmı verərsə: cihazın işləməsindən əlavə, məkandakı pəncərəni də açsanız uyğun olar. Məkandakı bütün qaz qaynaqlarını yoxlayın və bağlı olduğuna əmin olun. Dərhal içəridəki insanlarla bərabər məkanı tərk edin. Məkan təmizləndikdən sonra Karbonmonoksit qaynağını müəyyənləşdirin və problemi kökündən həll edin.

 

 

Ventilyator alarmı gələrsə nə etməliyəm?

Ventilyator alarmı hər hansısa ventilyatorun xarab olmasınının xəbərçisidr. Cihaz həmin ventilyatoru dayandıraraq çalışmağa dəvam edir. Lakin, bu vəziyyət nəmalıcı və nəmləndirici kimi bəzi qurğuların çalışmasının qarşısı ala bilər. Bu vəziyyətdə bizimlə əlaqə saxlayıb servis xidmətindən yararlana bilərsiniz.

 

 

Baxım

 

Cihazı necə təmizləyə bilərəm?

Quru ya da nəmli dəsmal istifadə edin. Heç bir kimyəvi maddəyə ehtiyac yoxdur. Sərt olan heçnə ilə təmizləməyin, cihaz zərər görə bilər.

 

 

İstifadə

 

Sercair app ssenari seçimi özəlliyi nə deməkdir?

Uşaq otağı ilə ofis otağının hava keyfiyyət dəyərləri eyni deyil. Buna görə Sercair 10 fərqli öncədən müəyyənləşdirilmiş ssenari ssenari dəyərlərinə sahib olaraq hazırlanmışdır. Montaj əsnasında əməkdaşlarımız tərəfindən məkana görə ssenari seçiləcək. Daha sonra tədbiqdən ssenarini özünüz də dəyişə bilərsiniz.

 

 

Ssenari dəyərini dəyişə bilərəm?

Sercair app-dan parametrlərdən ssenari dəyərini dəyişə bilərsiniz.

 

Cihazın ssenari dəyərlərini necə öyrənmək olar?

Cihazın ssenari dəyərlərini Sercair app-dan sensor detalları ekranında yerləşən cihaz məlumatlarım hissəsindən öyrənə bilərsiniz.

 

 

Sercair ideal dəyərləri necə müəyyənləşdirir?

Cihazınız beynəlxalq normaları əsaslayan bir alqoritmaya sahibdir.

 

 

Evdən çıxarkən cihazı söndürməliyəm?

Cihazı çox uzun müddətli səyahətlərə çıxmaq xaricində söndürməmənizi məsləhət görürük. Qısa müddətli çıxışlarınızda Eco və ya Tətil rejimini istifadə edə bilərsiniz.

 

Rejimi necə dəyişə bilərəm?

Cihazınızın rejimini Sercair App üzərindən edə bilərsiniz.

 

 

Hansı rejimdən istifadə edim?

ECO: Cihaz bütün hesablamaları enerjiyə qənaət edərək işləyəcək. Hava keyfiyyətini ideal səviyyəyə gətirmə müddəti arta bilər.

STANDART: Cihaz enerjiyə qənaət edir və hava keyfiyyətini tənzimləmə müddətini sürətləndircəkdir.

PERFORMANCE: Cihaz bütün hesablamlarını hava keyfiyyətini ən sürətli tənzimləyəcək şəkildə işləyəcək. Enerji sərfiyyatını digər rejimlərdən daha yüksək dərəcədə edəcək.

TƏTİL: Cihaz fövqəladə vəziyyət xaricində bütün qurğularını sönülü tutacaq. Sadəcə evdə küf və nəmin əmələ gəlməsinin qarşısını alacaq şəkildə minimum gündəlik havalandırma edəcək.

SƏSSİZ: Cihaz ventilyator dönməsi sürətini ən minimum səviyyəyə endirərək səssiz işləyəcək. Hava keyfiyyəti tənzimləmə sürəti düşəcək.

 

 

Sercair alqoritmasını dəyişdirə bilərəm?

Sercair uzun testlerdən sonra müəyyənləşdirilmiş bir alqoritmaya sahibdir. Cihazın özündə dəyişdirilə bilməz.

 

 

Cihazın içindəki su çəninə tez-tez su doldurmalıyam?

Sercair app sizi cihazda su bitmədən xəbərdar edir.

 

 

Yaşadığımız ölkə və şəhərə uyğun parametric dəyişməliyəm?

Sercair bütün hesablarını iç və çöl sensorlardan aldığı məlumatlara görə etdiyi üçün heç bir parametri dəyişməyinizə ehtiyac yoxdur.

 

 

Sercair-in olduğu məkanda havasoyuducu və isidici istifadə etməliyəm?

Sercair bir havasoyuducu və ya isidici cihazı deyil. Buna görə havasoyutma və ya isitmə üçün lazimi cihazları istifadə edin. Lakin, Sercair edilən test nəticələrinə görə (Sercair İTU test nəticələri 2018) nəm alma özəlliyi ilə havasoyuducu istifadə ehtiyacını xeyli azaltmışdır.

 

 

Sercair su çəninə qoyulan suya ətir əlavə edə bilərəm?

Cihazda yerləşən nəmləndirmə qurğusu üçün istifadə olunan su təmiz və kimyəvi maddə tərkibsiz olmalıdır. Buna görə də təmiz sudan başqa heç nə əlavə etməyin.

 

 

Sensor və Parametrlər

 

VOC nə deməkdir?

Uçan orqanik birləşiklər insan sağlamlığı üçün zərərlidir və təmizlik vasitələri, mebel yapışdırıcıları kimi materiallardan əmələ gələn və xərçəngə yol açan qazlardır.

 

 

CO nədir?

Karbonmonoksit qoxusuz, rəngsiz və zərərli qazdır. Benzin, LPG, qaz, taxta, kömür və s. Maddələrin yanmasıyla əmələ gəlir. Yüksək dərəcə CO bihuşluğa və hətta ölümə səbəb ola bilər. Aşağı dərəcə isə baş ağrısı, halsızlıq, ürək bulantısı kimi semptomlara səbəb ola bilər.

 

 

CO2 nədir?

Karbondioksitin atmosferdəki dərəcəsi %0,03-dən daha azdır. Basırıq və havalandırması yaxşı olmayan məkanda bu dərəcə %25-ə qalxa bilər və ölümcül ola bilər.

 

 

Hava keyfiyyət indeksi nədir?

%0-%5 arası Fövqəladə vəziyyət

%5-%10 arası çox pis

%10-%30 arası pis

%30-%60 arası normal

%60-%80 arası yaxşı

%80-%100 arası mükəmməl hava keyfiyyəti deməkdir.

 

 

Montaj

 

 

Sercair cihazları cüt açılan, PVC, Taxta, Alüminium pəncərələrə uyğundur?

Secair bütün bu tip pəncərələrə uyğundur.

 

 

Eyni otağa birdən çox cihaz qoymaq olar?

Otağınızın ölçülərindən asılı olaraq bir və ya birdən çox cihaz qoyula bilər.

 

 

Fərqli otaqlara Sercair taxmalıyam?

Hər cihaz sadəcə içində olduğu otağın hava keyfiyyətini artırar. Fərqli otaqların hər birinə yeni cihazlar taxdırmalısınız.

 

 

Moni Me

 

Moni Me modelini necə istifadə edim?

Moni Me ən doğru analizi etməsi üçün soyuducu və isidici cihazlardan 3 metr uzaqlıqda, yerdən 1-2 metr yüksəklikdə olmalıdır.

 

 

Sercair App

 

Sercair özəlliklərini tədbiqdən idarə edə bilərəm?

Cihazdakı UVC lampa, ozon generatoru, nəmalıcı və nəmləndirici, qoxu qurğusunu və ionlaşdırıcını istəsəniz tədbiqə daxil olaraq passiv hala gətirə bilərsiniz. Ən yaxşı nəticəni əldə etmək üçün qurğuların hamısını aktivləşdirməyiniz məsləhətdir.

 

 

App üzərindən başqa istifadəçilərə cihazı idarə etmə icazəsi verə bilərəm?

Sercair taxılarkən bir “owner” hesabı qurulur. “owner” başqa istifadəçilərə idarə və izləmə şəklində iki ayrı cihaza giriş icazəsi verə bilir. “Owner” hesab istədiyi zaman bu icazəni passivləşdirə bilər.

 

 

Çoxmərtəbəli binalarda Sercair istifadə olunur?

Sercair 50 metr yüksəkliyində olan binalarda istifadə oluna bilir. Daha yüksək mərtəbələr üçün Sercair özəl istehsal edilmiş cihazlar taxıla bilər

 

 

Sercair həddindən artıq külək və yağışlara dözümlüdür?

Sercair həddindən artıq külək və yağış qorumasına sahibdir.

 

 

Sercair enerjiyə qənaət edir?

Sercair yüksək enerji sərf etməz. Yenə də ön isitmə qurğusunu söndürsəniz enerji sərfiyyatı daha da azalar. Əlavə olaraq ECO rejimdən də istifadə edə bilərsiniz.

Снимок экрана 2020-05-28 в 22.52.32.png

sercair

Mobile

Sercair App vasitəsilə cihazlarınızı uzaqdan izləyə və idarə edə bilərsiniz.

 

Bunun üçün tədbiqi ağıllı telefonlarınıza yükləməyiniz yetərlidir.

app-store-google-play-logo-4A2747BF5E-se
apple logo.png
maxresdefault.jpg
visa-mastercard-logo-eurocard-credit-car